Duration 3:48

İtkin düşən azərbaycanlı hərbçinin atası: Bilirəm ki, oğlum burada, qarın altında yoxdur

11 519 watched
0
379
Published 19 Apr 2021

Azərbaycanda 20-dən çox ailə aylardır ki, İkinci Qarabağ müharibəsində itkin düşmüş yaxınlarının taleyindən bixəbərdir. Azərbaycanın müxtəlif bölgələrindən olan ailələr bir neçə aydır ki, bir sıra dövlət orqanları qarşısında itkin sayılan hərbçilərin axtarışının, nəhayət ki, bir nəticə verməsi tələbini qaldırıblar. Valideynlər övladlarının taleyi barəsində məlumatsızlıqdan narazıdırlar və onların çoxu yaxınlarının əsir götürüldüyünü düşünür. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən BBC News Azərbaycancaya deyiblər ki, "hazırda, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda baş çəkdiyi Azərbaycan vətəndaşı yoxdur". Azərbaycan Müdafiə Nazirliyindən bildirirlər ki, hazırda axtarışlar gedir. 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində hər iki tərəf birlikdə 6 minə yaxın hərbçisini itirib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən, martın 27-nə olan məlumata görə, İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların siyahısında 28 nəfər var. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://www.facebook.com/BBCnewsAzeri Twitter: https://twitter.com/BBCAzeri Instagram: https://instagram.com/bbcazeri/ WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün /playlist/PLdu98hnbX3aYv6oWYq4GEiKKc3TtDgYqL Qarabağ münaqişəsi /playlist/PLdu98hnbX3aaAHHg3ceYUv67CXmkoEeXi Dünyada bugün /playlist/PLdu98hnbX3aY5pGyXbValGjmazBoIlwOA Bölgələrdən /playlist/PLdu98hnbX3abWdcIUBkq9QeBJt0IFXVqR Qadınlar, sizin üçün /playlist/PLdu98hnbX3aYlIXy5upip2tqXH9Z4Ci4B 1 dəqiqəlik videolar /playlist/PLdu98hnbX3aYpIo1SB4OE30QWokIzy1xg Müsahibələr – Sizin səsiniz /playlist/PLdu98hnbX3aZT88zv72VheQY9VOOVHRsx Azərbaycanlılar Britaniyada /playlist/PLdu98hnbX3aYZupyLAwWnlQepRQ8z0aMp Niyə, nə üçün - izahedici videolar /playlist/PLdu98hnbX3abxrHhgfYvKTn0irhCXgKoj Gənclər sizin üçün /playlist/PLdu98hnbX3aaaIRa0rLCqTiQU5JEFQBpR Sosial problemlər /playlist/PLdu98hnbX3aZMxdn1fzPAPqExwh8xKnM1 Dünya xəbərləri bülleteni /playlist/PLdu98hnbX3aaQL7lj8oJ1yvLsEFQK2vYo Mənim Şəhərim /playlist/PLdu98hnbX3aZOmgE_LokrvqnWyepZVP-5 Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda /playlist/PLdu98hnbX3abO62oTQicjN0C9u0f_engm Sizin Sözlərinizlə /playlist/PLdu98hnbX3aaI3ecG6D2_a3rHCr8b1sCy Britaniyada tələbə olan azərbaycanlılar /playlist/PLdu98hnbX3abX-sg4MBS_M5BQ42ZnfvrD

Category

Show more

Comments - 64